“Bavariya”nın müdafiəçisi Cerom Boatenq yanvarda klubu tərk etməyə hazırlaşır.

Almaniya mətbuatının məlumatına görə bir neçə həftə öncə Boatenqin agenti Fali Ramadan klubun direktoru Hasan Salihamiclə görüşərək futbolçunun gələcək taleyini müzakirə edib. Mənbə onu da bildirir ki, Boatenq  Münhendən ayrılmaq istəyəcəyi halda, klub rəhbərliyi ona mane olmayacaq.

Xatırladaq ki, Jerom 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.